...

Azərbaycanda yağış sularının toplanması və təkrar istifadəsi ilə bağlı ilkin işlərə başlanılıb - RƏSMİ

Cəmiyyət Materials 23 Oktyabr 2024 17:15 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Yağış sularının toplanması və təkrar istifadəsi ilə bağlı artıq ilkin işlərə başlanılıb.

Trend-in xəbərinə görə, bu barədə su şəbəkəsinə qoşulma ilə bağlı sahibkarların və maraqlı tərəflərin məlumatlandırılması ilə bağlı keçirilən tədbirdə məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin ümumi "master plan"ına uyğun olaraq hökumətin təsdiqlədiyi müəyyən layihələr həyata keçirilir:

"O layihələrdən biri də yağış sularının toplanması, yağış sularının təkrar istifadəsini nəzərdə tutur. Bildirmək istərdik ki, artıq bununla bağlı Ələt Azad İqtisadi Zonasında dövlət tərəfindən müəyyən işlər aparılıb. Orada yağış sularının toplanması üçün xüsusi qurğular hazırlanıb. Yəni ilkin mərhələ artıq başlanılıb".

"Bu, qlobal, böyük infrastruktur tələb etdiyinə görə dövlət tərəfindən mərhələli şəkildə həyata keçirilir. Amma bu layihənin nə zaman yekunlaşması ilə bağlı dəqiq tarixi deyə bilməyəcəyik. Lakin qeyd etdiyimiz kimi, artıq dövlət tərəfindən bu layihənin üzərində işlərin həyata keçirilməsinə başlanılıb", - deyə məlumatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti