...

Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş “müşahidəçi”ləri yenidən aktivləşiblər (VİDEO)

Siyasət Materials 23 Oktyabr 2024 16:59 (UTC +04:00)
Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş “müşahidəçi”ləri yenidən aktivləşiblər (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş “müşahidəçi”ləri yenidən aktivləşiblər.

Bununla bağlı “Trend”ə yeni görüntülər daxil olub.

Bu gün növbəti missiyanın Fərəhli kəndi istiqamətində göründüyünə dair xəbər yayılıb. Günorta saatlarında isə “müşahidəçilər” Zəngilan isitqamətində “peyda olublar”.

Məlum olub ki, saat 13 radələrində Azərbaycan sərhədinin bir neçə kilometrliyində yerləşən Ermənistan ordusunun postuna Avropa İttifaqına məxsus 3 ədəd "Toyota" markalı avtomobil yaxınlaşıb. Avtomobillərdə olan Aİ müşahidəçilərinin postdakı silahsız erməni hərbçisinin müşayiəti ilə Azərbaycan ərazilərini müşahidə etməsi qeydə alınıb.

Qeyd edək ki, oktyabrın əvvəlində mətbuatda kəşfiyyat materialları toplayan Aİ missiyasının Gorus rayonu ərazisindən keçmiş “Laçın dəhlizi” istiqamətindəki Azərbaycan ərazilərini izlədiyinə dair foto və video yayılmışdı.

Xəbər lenti

Xəbər lenti