...

Azərbaycan, Qazaxıstan və Özbəkistan COP29 çərçivəsində yeni "yaşıl enerji" layihəsinə başlayacaq

Yaşıl iqtisadiyyat Materials 23 Oktyabr 2024 20:01 (UTC +04:00)
Azərbaycan, Qazaxıstan və Özbəkistan COP29 çərçivəsində yeni "yaşıl enerji" layihəsinə başlayacaq
Maksim Naxmedov
Maksim Naxmedov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan yeni "yaşıl enerji" layihəsinə start verəcək.

Trend-in məlumatına görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Bakıda Qazaxıstan Respublikası Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

“COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan rəsmi olaraq "yaşıl enerji"nin Azərbaycan vasitəsilə Mərkəzi Asiyadan Avropaya nəqlinə yönəlmiş yeni layihəyə start verəcəklər”, - səfir qeyd edib.

Bayel əlavə edib ki, Qazaxıstan COP29-a ev sahibliyi etməkdə Azərbaycanı tam dəstəkləyir və bu tədbirdə fəal iştirak edəcək.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Xəbər lenti

Xəbər lenti