Bakı. Trend:
Çinin Sincan-Uyğur Muxtar Bölgəsində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Kaşqar mahalından 171 km şimal-şərqdə yerləşib. Təkanların ocağı 8 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə verilməyib.