Bakı. Trend:
Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin və BMT-nin baş katibi Antonio Quterreş Yaxın Şərqdəki vəziyyəti və Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrin dünya bazarlarına tədarükünün normallaşdırılması vəzifələrini müzakirə ediblər.
Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında bildirilib.
"Həmsöhbətlər Yaxın Şərqdə, ilk növbədə, işğal olunmuş Fələstin ərazilərində və Livanda mövcud vəziyyət və hazırkı misli görünməmiş böhranın aradan qaldırılması perspektivləri barədə fikir mübadiləsi aparıblar", - deyə bildirilib.
Məlumata əsasən, bundan əlavə, qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi maraqları naminə Rusiya-BMT profil memorandumunun həyata keçirilməsi üzrə işlərin bir hissəsi kimi Rusiyadan kənd təsərrüfatı məhsulları və gübrələrin dünya bazarlarına tədarükünün normallaşdırılması vəzifələri müzakirə edilib.