Bakı. Trend:
İsmayıllıda inzibati bina yanıb.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, İsmayıllı rayonunun Hacıhətəmli kəndində ümumi sahəsi 300 m² olan birmərtəbəli 8 otaqdan ibarət inzibati binanın yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.