Bakı. Trend:
Böyük Britaniyada polis PKK terror təşkilatı ilə bağlı araşdırmalar çərçivəsində ikisi qadın olmaqla, yeddi nəfəri saxlayıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın London Şəhər Metropolitan Polisi Terrorla Mübarizə İdarəsinin Londonda müxtəlif ünvanlarda əməliyyat keçirdiyini açıqlayıb.
Məlumata əsasən, PKK ilə əlaqəli olduğundan şübhələnilən fəaliyyətlərə dair araşdırmada yaşı 23, 27, 31, 56, 59 və 61 olan, ikisi qadın olmaqla, altı nəfər saxlanılıb.
“Daha sonra Londondan qərbdə 31 yaşlı bir kişinin də saxlanıldığı və ümumi saxlanılanların sayının yeddiyə çatdığı bildirilib.
Araşdırma çərçivəsində Londonda səkkiz ünvanda axtarışlara başlanılıb”, - məlumatda qeyd edilib.
Polis bildirib ki, bu mərkəzdə aparılan araşdırmalar iki həftə davam edə bilər.