...

Azərbaycan nefti ucuzlaşdı

İqtisadiyyat Materials 28 Noyabr 2024 10:09 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşdı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,57 % azalaraq 74,79 ABŞ dolları olub.

Trend xəbər verir ki, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 72,83 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti