Bakı. Trend:
Cari ilin 9 ayı ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 23,478,567 elektron poçt emal edilib.
Trend Dövlət Xidmətinin yaydığı məlumata istinadla xəbər verir ki, emal olunmuş elektron poçtdan 21 milyon 738 min 530-u istifadəçilərə çatdırılıb, onlardan 1 milyon 740 min 37-si zərərli tərkibli olması müəyyənləşdirilməklə blok edilib.