...

Uşaqların yaşına görə hansı oyuncaqlar seçilməlidir?

Cəmiyyət Materials 28 Noyabr 2024 10:29 (UTC +04:00)
Uşaqların yaşına görə hansı oyuncaqlar seçilməlidir?
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Oyuncaqlar fərqlidir: bəziləri incə motorika bacarıqlarını, məntiqi və düşüncəni inkişaf etdirir, əzm və səbirli olmağı öyrədir. Digərləri körpələrin emosional inkişafına təsir göstərir. Ancaq bütün inkişafedici oyunların bir oxşarlığı var-valideynlərin iştirakı olmadan praktiki olaraq yararsızdır.

Trend xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da psixoloq İlahə Dadaşova açıqlayıb.

Onun sözlərinə görə, bir yaşadək yenidoğulmuşlar və körpələr hər saniyə dünyanı kəşf edir, ətrafdakı hər şeylə maraqlanırlar:

“Valideynlərin öz aralarında adi söhbətləri, toxunuşlar, laylay və ya evin içində “ekskursiya”- bütün bunlar körpə üçün yeni bir dünya açır. Onların diqqətini parlaq rənglər, səsli, lakin çox yüksək olmayan səslər, müxtəlif teksturalar cəlb edir. Bir yaşınadək uşaqlarla oynadığımıza “inkişaf oyunu” deyilə bilməz, lakin körpəlikdə böyüklə uşaq arasındakı əlaqə həmişəkindən daha vacib olan ünsiyyət olur. Bir yaşınadək körpələrin əsas vəzifəsi ətrafdakı obyektlərin xüsusiyyətlərini öyrənməkdir. Bu yaş üçün ən yaxşı parlaq və ziddiyyətli oyuncaqlardı. Uşaq oyaq olduqda, oyuncaqları yanlarına qoyun, körpə gözlərini belə oyuncaqlara yönəltsin. Bu yaş üçün ən yaxşı rənglər qara, ağ, qırmızıdır”.

İ.Dadaşova bildirib ki, 1-3 yaş arası uşaqlar səbəb-nəticə əlaqələrini təsnif etməyi, anlamağı, rəngləri fərqləndirməyi öyrənir, incə motorika bacarıqlarını inkişaf etdirir və danışmağa başlayır:

“Uşaq müxtəlif əşyalara nə qədər çox toxunsa, onlarla bir o qədər çox ünsiyyət qurar, daha yaxşı və daha sürətli inkişaf edər. 3-5 yaş arası isə uşaqlarla əsl oyun oynamağa hazır olan yaş dövrüdür. Məcazi və süjetə əsaslanan rol oyununun vaxtı bu yaşdan başlayır. Uşaq fərqli rolları sınayacaq, yeni xüsusiyyətlərə sahib əşyalar bağışlayacaq, bütün süjetləri ortaya qoyacaq. Evdəki masa qalaya, yastıqlar yanğınsöndürən maşına, ağacın budağı isə qılınca çevriləcək. Bu cür oyunda uşaqlar təcrübələrini mənalandırır, fərqli sosial rolları sınayır və çevik olmağı öyrənirlər. Burada əsas qayda - qaydaların olmamasıdır. Yalnız uşağın xəyalına əməl edin. Bu yaş dövrü həm də gərgin yaradıcılıq dövrüdür. Plastilin, qələmlər, boyalar, flomasterlər, karandaşlar, rəngli kağız – evinizdə bunlar çoxlu sayda olmalıdır. Bir tərəfdən, yaradıcılıq vasitəsi ilə uşaqlar duyğularını göstərə bilər”.

Psixoloq qeyd edib ki, 7-12 yaş arası uşaqların müxtəlif maraq qrupları mükəmməldir – kimi rəsm çəkməyi, kimi mahnı oxumağı və musiqi alətlərində çalmağı, modellər toplamağı, fəndlər göstərməyi və müxtəlif rolları oynamağı, mürəkkəb konstruktorlar və tapmacalar toplamağı, elmi təcrübələr təşkil etməyi, heyvanları öyrənməyi sevir:

“10 yaşından sonra uşaq sürətlə dəyişməyə başlayır, müxtəlif hobbiləri yaranır. İdman onlardan biri olsa yaxşıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti