...

Naxçıvanda avtobus zolaqları çəkiləcək? - nazir müavinindən AÇIQLAMA (ÖZƏL)

Cəmiyyət Materials 28 Noyabr 2024 11:55 (UTC +04:00)
Naxçıvanda avtobus zolaqları çəkiləcək? - nazir müavinindən AÇIQLAMA (ÖZƏL)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasında avtobus zolaqlarına hələlik ehtiyac yoxdur.

Bunu Trend-ə müsahibəsində Naxçıvan Muxtar Respublikasınının rəqəmsal inkişaf və nəqliyyat nazirinin səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Rahid Ələkbərli deyib.

Nazir müavini bildirib ki, Bakı ilə müqayisədə, Naxçıvan Muxtar Respublikasının yollarında sıxlıq azdır.

"Bu səbəbdən avtobus zolaqlarına hələlik ehtiyac yoxdur. Əgər ehtiyac olarsa, burada da avtobus zolaqları təşkil etmək olar.

Onu da qeyd edim ki, artıq şəhərdə velosiped zolaqlarının salınmasına başlamışıq", - deyə R.Ələkbərov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti