Bakı. Trend:
“LEF Network Azerbaijan” layihəsi Azərbaycanda İKT, yaşıl texnologiyalar, təhsil, interyer dizaynı və ticarət əlaqələrinin inkişafı üçün məhsullar kimi dörd sektoru dəstəkləyir.
Trend xəbər verir ki, bunu Latviya Ticarət və Sənaye Palatasının Avropa İttifaqı layihələri departamentinin direktoru Liqa Siçeva Bakıda "Azərbaycan-Latviya informasiya və şəbəkə görüşü" mövzusunda keçirilən tədbir çərçivəsində bildirib.
"Biz çox şadıq ki, Latviya Ticarət və Sənaye Palatası “LEF Network Azerbaijan” layihəsində əsas aparıcı tərəfdaş rolunu oynayır. Layihə hazırda aralıq mərhələdədir, lakin 2025-ci il layihənin başa çatdırılması üçün son tarix olacaq.
Ümid edirik ki, bu, layihənin sonu deyil, ölkələrimiz arasında biznesi inkişaf etdirmək istəyən şirkətlər üçün gözəl bir başlanğıc olacaq. Bu kontekstdə biz KOBİA və AZPROMO ilə əməkdaşlığa açığıq və gələcəkdə layihə başa çatdıqdan sonra biznesi dəstəkləmək və milli bazarlara çıxışı təmin etmək məqsədilə təşkilatlarımız arasında Əməkdaşlıq Memorandumlarının imzalanmasına hazırıq", — deyə Liqa Siçeva vurğulayıb.