Bakı. Trend:
Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) gələn il Latviyaya ixrac missiyası təşkil edəcək.
Trend xəbər verir ki, bunu Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda "Azərbaycan-Latviya informasiya və şəbəkə görüşü" mövzusunda keçirilən tədbir çərçivəsində bildirib.
"Keçən ilin sentyabrında nümayəndəmiz Riqada keçirilən 28-ci qida məhsulları sərgisində iştirak etdi. Əvvəllər biz artıq şirkətlərimizi dəstəkləmək məqsədilə ixrac missiyası təşkil etmişik.
Gələn il bu sərgidə yenidən iştirak etməyi və Riqada keçirilən “Riga Food” sərgisində beynəlxalq mövcudluğumuzu gücləndirmək üçün daha bir missiya təşkil etməyi planlaşdırırıq.
Əminəm ki, bizim şirkətlər bu əhəmiyyətli tədbirdə məmnuniyyətlə iştirak edəcəklər", — deyə Yusif Abdullayev vurğulayıb.