...

Ötən ay zəhərlənənlərin sayı məlum oldu - Ölənlər var

Cəmiyyət Materials 28 Noyabr 2024 09:55 (UTC +04:00)
Ötən ay zəhərlənənlərin sayı məlum oldu - Ölənlər var
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 93 nəfər qəbul edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, şöbəyə qəbul edilən xəstələrdən 42 nəfər dərmandan, 20 nəfər sirkə turşusundan, 5 nəfər göbələkdən, 4 nəfər ilan sancmasından, 4 nəfər botulizmdən, 4 nəfər etanoldan, 1 nəfər layelladan zəhərlənən şəxslərdir:

"Həmçinin, onlardan 6-sı allergik reaksiya, 3-ü fosfor üzvi birləşmələrdən, 2-si dəm qazından zəhərlənmə, 2 nəfər isə həşərat sancması səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü (2 nəfər kişi cinsli, 2 nəfər qadın cinsli) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusundan (2 nəfər), layella sindromu (1 nəfər) və göbələk zəhərlənməsindən (1 nəfər) qeydə alınıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti