Bakı. Trend:
Özünüməşğulluq proqramı gələn il də daxil olmaqla, ümumilikdə 100 min ailəni əhatə edəcək. Dünyada belədir ki, özünüməşğulluq layihəsi əgər son iki il ərzində 50%-in üzərindədirsə, baş tutmuş layihə sayılır. Azərbaycanda isə iki ilin göstəricisi 80%-in üzərindədir.
Trend xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu gün keçirilən iclasında bildirib.
"Əlbəttə, 100 min adamın qoşulduğu prosesdə 1% xəta olarsa, bu, 1000 adam deməkdir. Biz bunu da qiymətləndirməliyik. O şikayətlərin hamısı araşdırılıb, faktlaşdırılır, videoçəkiliş aparılır. Əgər əldə fakt varsa, onu araşdırmağa göndərmək lazımdır.
Amma böyük bir tribunadan qüsurların olduğunu söyləmək və o qüsurların da arxasında fakt yoxdursa, hesab edirəm ki, bu, qeyri-ciddi, qeyri-peşəkar, siyasi cəhətdən kamil olmayan yanaşmadır”, - deyə komitə sədri bildirib.