Bakı. Trend:
Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla danışıqlar aparıb.
Trend-in məlumatına görə, bu barədə sosial şəbəkədə yazıb.
O, Trampa bildirib ki, bir çox miqrant Meksikada qaldıqları üçün hazırda ABŞ sərhədinə gəlmir.
"Biz həmçinin suverenliyimiz çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi və fentanil istehlakının qarşısını almaq üçün ölkədə apardığımız kampaniya haqqında danışdıq", - deyə o yazıb.
Tramp və Şeynbaum ABŞ-nin yeni seçilmiş prezident administrasiyasının ilk günündən başlayaraq Meksika, Kanada və Çindən gələn mallara külli miqdarda tarif artımı vəd etdikdən sonra danışıb.