Bakı. Trend:
Yeni Zelandiya sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Məlumata əsasən, zəlzələnin episentri Hiks-Bey şəhərindən 147 km şərqdə, ocağı isə 10 k dərinlikdə yerləşib
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.