...

Tbilisidə milli azlıqların problemləri ilə məşğul olan "Çoxmillətli Gürcüstan"ın ofisi qarət edilib

Hadisə Materials 7 İyun 2006 15:18 (UTC +04:00)

Bu gecə Tbilisinin mərkəzində milli azlıqların problemləri ilə məşğul olan "Çoxmillətli Gürcüstan" qeyri-hökümət təşkilatının ofisi qarət olunub. Təşkilatdan Trend in Gürcüstandakı xüsusi müxbirinə verilən xəbərə görə, "Çoxmillətli Gürcüstan"ın tərkibinə 30-dan çox cəmiyyət, eyni zamanda azərbaycanlılar, kürdlər, ermənilər, ruslar, ukraynalılar və digər millətlərin nümayəndələri daxildir.

Qarət iyunun 8-də gecə baş verib. Şəxsiyyətləri hələ də müəyyən olunmayan qarətçilər kompüter texnikasını və sənədləri aparıblar.

QHT-dən Trend ə bildiriblər: "Son zamanlar hüquqları tez-tez pozulan milli azlıqların hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatımızı tez-tez tənqid edirlər".

Xəbər lenti

Xəbər lenti