...

Bakının mərkəzində baş verən qəzada xəsarət alanların kimliyi müəyyənləşib

Hadisə Materials 15 Mart 2007 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Bakının mərkəzində baş verən qəzada xəsarət alanlardan dördü binada işləyən fəhlə, biri isə yoldan keçən şəxs olub. Onlardan 1-nin vəziyyəti ağırdır . Bu barədə hadisə yerində olan fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yaradılmış İşçi Komissiyasının binaya baxışı zamanı gəldiyi nəticəyə əsasən hadisəyə sonuncu mərtəbədə quraşdırılmış taxta konstruksiyanın (opolubka) betonun ağırlığına dözməyərək uçması səbəb olub. Q bildirib ki, hadisə ilə bağlı binanda tikinti işləri müvəqqəti dayandırılıb. Əmlakına ziyan dəyən vətəndaşların siyahısı götürülüb.

Hadisə F. Əmirov küçəsindəki yeni tikililərdən birində baş verib. Binanın "Libra" MMC tərəfindən tikildiyi müəyyənləşdirilib.

Xəbər lenti

Xəbər lenti