...

Kitabdan bitən ağaclar (VİDEO)

Maraqlı Materials 13 May 2015 04:16 (UTC +04:00)
Argentinada fəaliyyət göstərən “Pequeño Editor” nəşriyyatı “Ağac Kitab Ağac” adlı maraqlı layihəyə başlayıb.
Kitabdan bitən ağaclar (VİDEO)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir Elçin Mehdiyev/

Argentinada fəaliyyət göstərən "Pequeño Editor" nəşriyyatı "Ağac Kitab Ağac" adlı maraqlı layihəyə başlayıb.

Trend-in məlumatına görə, layihə çərçivəsində nəşriyyat uşaqlar üçün turşusuz kağızdan, ekoloji mürəkkəbdən və jakardana toxumundan xüsusi kitablar hazırlayır. Uşaqlar həmin kitabı oxuduqdan sonra onu əkir və yerində ağac bitməyə başlayır.

Bu cür kitabın hazırlanmasında məqsəd uşaqların ekoloji təfəkkürünü və onların təbiətə sevgisini artırmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti