...

Azərbaycan prezidenti Buxarestdə ATƏT Minsk Qrupunun həmsədrləri ilə görüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Aprel 2008 20:48 (UTC +04:00)
Azərbaycan prezidenti Buxarestdə ATƏT Minsk Qrupunun həmsədrləri ilə görüşüb

Rumıniya, Buxarest, 02 aprel/ Trend ,  müxbir Ü.Əliyev/ Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Buxarestdə Ermənistan -Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə məsləhətləşmələr aparıb. Görüşdə Ermənistan -Azərbaycan münaqişəsinin nizamlanmasının hazırki vəziyyəti üzrə rəy mübadiləsi aparılıb. Bu barədə Trend -un müxbiri Buxarestdən məlumat verib.

Azərbaycan prezidenti NATO-nun sammitində iştirak etmək məqsədilə aprelin 2-dən Rumıniyanın paytaxtındadır.

ATƏT-in Minsk Qrupunun Fransa, Rusiya və ABŞ-dan olan həmsədrləri Azərbaycan prezidenti, Ermənistanın yeni seçilmiş prezidenti Serj Sərkisyan, həmçinin, hər iki ölkənin XİN rəhbərləri ilə ayrı-ayrı məsləhətləşmələrin keçirilməsi üçün Buxarestə gəliblər.

Xəbər lenti

Xəbər lenti