...

Azərbaycan Ermənistanın yeni rəhbərliyini Dağlıq Qarabağ məsələsində sələflərinin səhvlərini təkrarlamamağa çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Aprel 2008 13:35 (UTC +04:00)
Azərbaycan Ermənistanın yeni rəhbərliyini Dağlıq Qarabağ məsələsində sələflərinin səhvlərini təkrarlamamağa çağırıb

Azərbaycan, Bakı, 21 aprel / " müxbir S.Ağayeva/ Azərbaycan Ermənistanın yeni rəhbərliyini əvvəlki rəhbərlərin səhvlərini təkrarlamamağa və Dağlıq Qarabağ məsələsində konstruktiv mövqe tutmağa çağırıb. Bu bəyanatla bazar ertəsi mətbuat konfransında Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim çıxış edib.

Ermənistan rəhbərliyi Silahlı Qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarmalıdır. "Ermənistan başa düşməlidr ki, Cənubi Qafqazda üç dövlət mövcuddur, dördüncüyə burada yer yoxdur", - deyə Azərbaycan XİN-in mətbuat katibi bildirib.

XİN-in rəsmi nümayəndəsi Ermənistanın yeni rəhbərliyini həmçinin ölkə ictimaiyyətini çaşdırmamağa və düzgün informasiya çatdırmağa çağırıb.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Ermənistanın Baş nazri və Respublika partiyasının lideri olan Serj Sarkisyan 19 fevral seçkilərində ölkə prezidenti seçilib. Ermənistanın Fransadakı keçmiş səfiri Edvard Nalbandyan respublikanın xarici işlər naziri postunda Vardan Oskanyanı əvəz edib.

Xəbər lenti

Xəbər lenti