...

Dağlıq Qarabağ problemi BMT BA-nın 64-cü sessiyasında müzakirə olunacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 İyul 2009 12:34 (UTC +04:00)
BMT Baş Assambleyasının baş tutacaq 64-cü sessiyasında Dağlıq Qarabağ münaqişəsinə dair iki məsələ müzakirə olunacaq, bu barədə Trend News-a BMT-nin Nyu-Yorkdakı qərargahının informasiya mərkəzindən bildirilib. "Bu layihələrin mövzusu - "GÜAM ərazisində uzunsürən münaqişələr və onların dünyada sülhə, təhlükəsizliyə və inkişafa təsirləri" və "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət"dir", - mərkəzdən bildirilib.
Dağlıq Qarabağ problemi BMT BA-nın 64-cü sessiyasında müzakirə olunacaq

ABŞ, Vaşinqton, 29 iyul / Trend , müxbir N.Boqdanova  /

BMT Baş Assambleyasının baş tutacaq 64-cü sessiyasında Dağlıq Qarabağ münaqişəsinə dair iki məsələ müzakirə olunacaq, bu barədə Trend  News-a BMT-nin Nyu-Yorkdakı qərargahının informasiya mərkəzindən bildirilib. "Bu layihələrin mövzusu - "GÜAM ərazisində uzunsürən münaqişələr və onların dünyada sülhə, təhlükəsizliyə və inkişafa təsirləri" və "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət"dir", - mərkəzdən bildirilib. Təşkilatın informasiya mərkəzinin məlumatına əsasən, bu məsələlərə Baş Assambleyanın 63-cü sessiyasında baxılmayıb və bu sessiyanın gündəliyində qalır

Qərargahdan bildirilib ki, Baş Assambleya çərçivəsində qətnamə layihəsinin müzakirəsinin dəqiq tarixi sentyabrın sonunda məlum olacaq. 

Nyu-Yorkda yerləşən "Sərhədsiz vasitəçilər" təşkilatının analitiki Tom Fyutak Trend News-a bildirib ki, BMT-nin mexanizmlərinin Cənubi Qafqazda dondurulmuş münaqişələrin həlli prosesində, eyni zamanda Dağlıq Qarabağ prosesində rolu "onların həlli üçün qanuni arenanı təmin edir". O hesab edir ki, "əsas məsələ BMT-nin bu münaqişələrin həllində hansı rolu oynayacağında deyil, əsas məsələ vaxt məsələsidir. "Dondurulmuş"  münaqişələrlə mübarizə münaqişə aparan tərəflərin anlaşma dinamikası ilə, bununla yanaşı hərəkət arenasının emosional, psixoloji və siyasi nəticələri nə dərəcədə bir arada tuta bilməsinin doğru dəyərləndirilməsi ilə daha əlaqəlidir, belə ki, hər bir hərəkətə reaksiya veriləcək", - deyə analitik əlavə edib.

Onun sözlərinə əsasən, "müsbət nəticə şansları az olduqda münaqişəyə vaxtından tez cəlb olunmaq təhlükəsi hər zaman mövcudur". Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi kimi çətin münaqişənin dinamikasının proqnozlaşdırılması daha geniş baxış tələb edir, buna isə bəzən bəzi tərəflər, bəzən isə bütün tərəflər tərəfdar olur. Bununla da BMT münasib vaxtda münaqişəyə cəlb olunması ilə müsbət və sabit nəticələr əldə edilməsi üçün öz iştirakını və qanunuliyini qorumalıdır.

Cənubi Qafqazdakı münaqişələrin nədən dondurulmuş qalması haqqında danışarkən ekspert əlavə edib ki, "tərəflərə münaqişənin donudurulmuş qalması sərf etdikdə, münaqişə dondurulur. Dondurulma prosesinin hazırki vəziyyətdən daha çox arzu olunduğuna əmin olduqdan sonra müdaxilə və ya müdaxilə edilməməsi haqqında son qərar verilə bilər."

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti