...

Rəsmi Vaşinqtonun strateji siyasətində müşahidə olunan ziddiyyət və qərəzlilik ABŞ-ın qlobal demokratik imicinə ciddi ziyan gətirir - Elxan Nuriyev

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Dekabr 2009 18:15 (UTC +04:00)
Rəsmi Vaşinqtonun strateji siyasətində müəyyən ziddiyyət və qərəzlilik müşahidə olunur ki, bu da ABŞ-ın qlobal demokratik imicinə ciddi ziyan gətirir. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinın (SAM) direktoru Elxan Nuriyev ABŞ Konqresinin Dağlıq Qarabağa 2010-cu il üçün maddi yardım ayırması barədə KİV-də yayılan məlumatı belə şərh edib.
Rəsmi Vaşinqtonun strateji siyasətində müşahidə olunan ziddiyyət və qərəzlilik ABŞ-ın qlobal demokratik imicinə ciddi ziyan gətirir - Elxan Nuriyev

Rəsmi Vaşinqtonun strateji siyasətində müəyyən ziddiyyət və qərəzlilik müşahidə olunur ki, bu da ABŞ-ın qlobal demokratik imicinə ciddi ziyan gətirir. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinın (SAM) direktoru Elxan Nuriyev ABŞ Konqresinin Dağlıq Qarabağa 2010-cu il üçün maddi yardım ayırması barədə KİV-də yayılan məlumatı belə şərh edib.

Onun sözlərinə görə, XXI əsrdə demokratiyadan danışarkən ikili standartların (bir standart kiçik dövlətlər üçün, digər standart isə iri dövlətlər üçün) təcrübəsini həyata keçirmək olmaz. "ABŞ Konqresinin Dağlıq Qarabağa maddı yardım ayırması və Mərkəzi Kəşfiyyat İdarəsinin seperatçıları Dağlıq Qarabağın qeyri-qanuni hakimiyyəti kimi qəbul etməsi (ABŞ MKİ-nin rəsmi saytına baxın) - bu iki faktor bir-biri ilə ziddiyyət təşkil edir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin nizamlanmasına dair ABŞ siyasətində ziddiyyətin olmasını təsdiq edir", - Nuriyev deyib.

SAM rəhbərinin sözlərinə görə, demokratiyanın real anlamı baxımından maddi yardım göstərilməsi məsələsinə birtərəfli yanaşma (Dağlıq Qarabağın azərbaycanlı icmasına analoji yardımın ayrılmaması konteksində) faktiki olaraq, ABŞ tərəfindən demokratik normaların və prinsiplərin pozulmasından xəbər verir. "ABŞ-ın müəyyən siyasi və lobbistik dairələrinin təsirinin mənfi xarakterini nəzərə alaraq, rəsmi Vaşinqtonun strateji siyasətində açıq-aşkar iştirak və hətta qərəzli elementlərin gücləndirilməsi ABŞ-ın qlobal arenadakı imicini ciddi şəkildə sarsıdır", - Nuriyev deyib.

Xəbər lenti

Xəbər lenti