...

ATƏT sədrinin Cənubi Qafqaza səfəri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsiplərinin tezliklə razılaşdırılmasına xidmət edəcək – həmsədr Yuri Merzlyakov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Yanvar 2010 13:53 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin tezliklə razılaşdırılması lazımdır. Bu barədə cümə günü ATƏT-in Rusiya Federasiyasından olan həmsədri Yuri Merzlyakov ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayevlə görüşdən sonra bildirib.
ATƏT sədrinin Cənubi Qafqaza səfəri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsiplərinin tezliklə razılaşdırılmasına xidmət edəcək – həmsədr Yuri Merzlyakov

Qazaxıstan, Alma-Ata, 22 yanvar / Trend , müxbir K.Konırova/

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin tezliklə razılaşdırılması lazımdır. Bu barədə cümə günü ATƏT-in Rusiya Federasiyasından olan həmsədri Yuri Merzlyakov ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayevlə görüşdən sonra bildirib.

"Bizim çox maraqlı və məzmunlu söhbətimiz oldu. Danışıqlar zamanı biz, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair vəziyyət və perspektivlər üzrə öz fikirlərimizi ifadə etdik. ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən beynəlxalq həmsədrlərin cəhdlərinə dəstək ifadə olunub", - Merzlyakov deyib.

Onun sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədri Saudabayevin fevralda Cənubi Qafqaza səfəri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsiplərinin tezliklə razılaşdırılmasına xidmət edcək.

"Cənab Saudabayevin qarşıdakı səfəri zamanı biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsiplərinin tezliklə razılaşdırılmasının zəruriliyini bildirən üç həmsədr ölkə (RF, ABŞ və Fransa) və ATƏT sədrinin mövqeyini tərəflərə çatdıra bilərik", - o əlavə edib.

Görüşün yekununda tərəflər ATƏT-in fəaliyyətdə olan sədrinin regiona qarşıdakı səfərindən sonra daha bir görüşün təşkil edilməsi barədə razılaşıblar.

Xəbər lenti

Xəbər lenti