...

Azərbaycan ATƏT-dən işğal olunmuş ərazilərində məskunlaşma ilə bağlı vəziyyətin qiymətləndirilməsində obyektivlik gözləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyul 2010 09:00 (UTC +04:00)
Rəsmi Bakı ATƏT-dən işğal olunmuş ərazilərində məskunlaşma vəziyyətinin qiymətləndirilməsində obyektivlik gözləyir. Bu barədə Trend-ə ATƏT yanında akkreditə olunan Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov bildirib.
Azərbaycan ATƏT-dən işğal olunmuş ərazilərində məskunlaşma ilə bağlı vəziyyətin qiymətləndirilməsində obyektivlik gözləyir

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir S.Ağayeva/

Rəsmi Bakı ATƏT-dən işğal olunmuş ərazilərində məskunlaşma vəziyyətinin qiymətləndirilməsində obyektivlik gözləyir. Bu barədə Trend-ə ATƏT yanında akkreditə olunan Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov bildirib.

"ATƏT-in Minsk qrupunun Azərbaycanın işğal olunmuş ərazilərinə payız səfəri bu ərazilərdə məskunlaşma ilə bağlı vəziyyətin qiymətləndirilməsi xarakteri daşıyacaq və bunun yekunlarına əsasən hesabat hazırlanacaq", - çərşənbə axşamı səfir Vyanadan telefonla bildirib.

ATƏT missiyası Azərbaycanın işğal olunan ərazilərinə ilk belə səfəri 2005-ci ildə rəsmi Bakının tələbinə əsasən edib.

ATƏT missiyası işğal olunan ərazilərdə məskunlaşma faktını təsdiq edib və bununla da Azərbaycanın narahatlığına səbəb olub. Missiyanın hesabatında 15-16 min nəfər rəqəmi göstərilib. Lakin rəsmi Bakı təqdim edilən məlumatlarla razılaşmayıb.

Azərbaycan tərəfinin hesablamalarına görə, işğal olunan ərazilərdə hələ monitorinq başlananadək orta hesabla 20-23 min erməni məskunlaşdırılıb.

"Hazırda Azərbaycan tərəfi məskunlaşma ilə bağlı yeni məlumatlara malikdir və ATƏT-dən missiyanın tərkibi və formatı üzrə təkliflər və əlbəttə ki, öz işinin obyektiv nəticələrini gözləyir", - İsmayılov qeyd edib.

Ermənistan rəsmiləri Dağlıq Qarabağda və Azxərbaycanın işğal olunmuş ətraf rayonlarında məskunlaşma faktını gizlətmirlər.

Dağlıq Qarabağa erməni qaçqınların köçürülməsi üçün 3 il ərzində 350 milyon dollara yaxın vəsait tələb olunacaq. Bu barədə əvvəllər Ermənistanın Ərazi İdarəetmə Nazirliyinin miqrasiya agentliyinin rəisi Qaqik Yeqanyan bildirib.

Onun sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərinə 100 minə yaxın insan köçürmək olar. Erməni KİV-i məlumat yayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti