...

2013-cü il Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında sınaq ili olacaq - rusiyalı politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 İyun 2012 14:34 (UTC +04:00)
2013-cü il Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında sınaq ili olacaq.
2013-cü il Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında sınaq ili olacaq - rusiyalı politoloq

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir E.Tariverdiyeva/

2013-cü il Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında sınaq ili olacaq. Bunu "Vestnik Kavkaza" Analitik-İnformasiya Agentliyinin baş redaktoru, Lomonosov adına MDU-nun tarix fakültəsinin dekan müavini, Trend-in Ekspert Şurasının üzvü, politoloq Aleksey Vlasov deyib.

"Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən son hadisələr göstərir ki, dünya təhlükə altındadır", - Vlasov cümə günü Bakıda "Müasir mərhələdə Azərbaycan-Rusiya əməkdaşlığı və regionda cari vəziyyət" mövzusunda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya münaqişənin həllində ən önəmli vasitəçilərdən biridir, lakin Bakı və Yerevan öz siyasi iradələrini nümayiş etdirməlidirlər.

Vlasov qeyd edib ki, Rusiyadan başqa, ATƏT-in Minsk qrupuna digər dövlətlər də daxildir, lakin heç kəs irəliləyişə nail ola bilməyib, hərçənd Rusiya Prezidenti tərəfindən siyasi iradə də göstərilib və vaxt sərf edilib.

"ABŞ-ın dövlət katibi Hillari Klintonun bu yaxınlarda regiona baş tutan səfəri zamanı da ondan münaqişənin həlli ilə bağlı aydın strateji təkliflər gəlmədi" , - ekspert əlavə edib.

Öz növbəsində, Rusiya Siyasi Konyuktura Mərkəzinin baş direktoru Sergey Mixeyev hesab edir ki, Rusiya bu gün vəziyyətə təsir edə bilməz, bu dövr arxada qalıb.

"Problemin həllinin açarı Bakı və Yerevandadır", - o, mətbuat konfransında qeyd edib.

Xəbər lenti

Xəbər lenti