...

Rəşidə Dati: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda konstruktivliyi ilə seçilir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Oktyabr 2012 12:47 (UTC +04:00)
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda konstruktivliyi ilə seçilir.
Rəşidə Dati: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda konstruktivliyi ilə seçilir

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda konstruktivliyi ilə seçilir. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda jurnalistlərə Avropa Parlamentinin üzvü, Paris şəhərinin 7-ci rayonunun meri Rəşidə Dati deyib.

Onun sözlərinə görə, Azərbaycan münaqişənin həllində diplomatik danışıqların tərəfdarıdır və aktiv şəkildə münaqişənin dinc yolla həllinə çalışır. Bu mövqeni Azərbaycan tərəfi hər bir beynəlxalq tədbirdə səsləndirir.

Avropa Parlamentinin Ramil Səfərovla bağlı qəbul etdiyi qərara münasibət bildirən Dati bunu səhv qərar adlandırıb.

"Mən də daxil olmaqla, qurumun bir çox deputatı qərarın əleyhinədir. Azərbaycan kimi ölkələrə bu cür hücumlar etmək düzgün deyil. Biz də çalışacağıq ki, Azərbaycanın ədalətli mövqeyini müdafiə edək", - o, əlavə edib.

Xəbər lenti

Xəbər lenti