...

Adsız yüksəkliklərdən atəş “yağış”ı davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Aprel 2013 09:43 (UTC +04:00)
Ermənilər cəbhə xəttində mövqelərimizi atəşə tutublar.
Adsız yüksəkliklərdən atəş “yağış”ı davam edir

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İ.İzzət/

Ermənilər cəbhə xəttində mövqelərimizi atəşə tutmaqda davam edirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun işğal olunmuş Yarımca, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti