...

Ermənistan ordusunda dava, xəsarət alanlar var

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Noyabr 2017 15:37 (UTC +04:00)
Ermənistan Ordusunda əsgərlər arasında dava düşüb.
Ermənistan ordusunda dava, xəsarət alanlar var

Bakı. Samir Əli - Trend:

Ermənistan ordusunda əsgərlər arasında dava düşüb.

Trend-in sosial şəbəkəyə istinadən yaydığı məlumata görə, Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilən hərbi hissələrində nizamnamədən kənar münasibətlər zəmnində bir gündə 2 cinayət hadisəsi qeydə alınıb. Nəticədə xəsarət alanlar var.

Döyüş mövqeyində növbədə olarkən hərbi qulluqçular Rubik Avakyan və Serik Gevorkyan arasında baş verən nizamnamədən kənar davranış sonradan davaya səbəb olub.

Başqa bir hadisə zamanı Qarabağdan olan əsgərlər tərəfindən hərbi qulluqçu Rafik Xaçaturyan döyülüb. Ayağından zədə alan minaatan bölməsinin əsgəri R.Xaçaturyanın vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilib.

Məlumata görə, Ermənistan ordusu tərəfindən işğal olunmuş Ağdərə rayonu istiqamətində yerləşdirilən düşmən bölmələrindən birində də dava baş verib. Davaya səbəb olan hərbi qulluqçu Rafik Avetisyan həbs edilərək Yerevana göndərilib. Hadisə hərbi polis tərəfindən araşdırılır.

Hadsə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti