...

ERMƏNİSTAN-AZƏRBAYCAN TƏMAS XƏTTİNDƏ NÖVBƏTİ MONİTORİNQ GƏLƏN HƏFTƏ KEÇİRİLƏCƏK

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyul 2005 20:02 (UTC +04:00)

Ermənistan-Azərbaycan təmas xəttində növbəti monitorinq gələn həftə keçiriləcək.Bu barədə Trend agentliyinə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşik bildirib.

Onun sözlərinə görə, monitorinqin keçiriləcəyi sahə hələlik müəyyən edilməyib və indi nazirliklərlə dəqiqləşdirilmə prosesi aparılır.

Diplomat bəyan edib ki, hazırda təmas xəttində gərginlik bir az dayanıb. "Biz mümkün olan hər bir şeyi edirik ki, gərginlik olmasın.Düşünürəm ki, bu gərginliyi aradan qaldırmaq üçün müəyyən addımlar atılıb" -deyə o qeyd edib.

Siyasətçilərin təmas xəttindəki gərginliyin siyasi məqsəd daşıması və adətən seçkilər ərəfəsində yaxud ciddi danışıqlar zamanı baş verməsi barədəki fikrini şərh edərkən A.Kaspşik deyib: "Güman etmirəm, burada siyasi məqsəd olduğunu düşünmürəm".

Onun sözlərinə görə, bu, hərbçilərin narahatlığı, o cümlədən əsgərlərin düşmənin yaxında olmasından qorxması səbəbindən baş verə bilər.

A.Kaspşik həmçinin digər bir misal gətirdi ki, kənd təsərrüfatı sahələrində işləyən kəndlilər sərhədə yaxınlaşır və bu səbəbdən də düşmən atəş açmağa başlayır.Daha bir misal isə budur ki, əsgərlər gecə hər hansı bir xışıltıdan dolayı "hər ehtimala qarşı atəş açır və orada cavab verilir".Əgər kimsə yaralansa, onda ciddi atışma başlaya bilər.

Xəbər lenti

Xəbər lenti