...

TƏMAS XƏTTİNDƏ MONİTORİNQ KEÇİRİLƏCƏK

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Oktyabr 2005 14:25 (UTC +04:00)

Oktyabrın 11-də Ağdam rayonunun Yusifcanlı kəndi sahəsindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyindən məlumat verilib.

Monitorinq ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq keçiriləcək. Azərbaycan tərəfdə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Miroslav Vimetal, Piter Ki və Yüksək Səviyyəli İşçi Qrupunun nümayəndəsi David Prendergast keçirəcək.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Aleksandr Samarski, Harri Eronen və Yüksək Səviyyəli İşçi Qrupunun rəhbəri Tomas Sturqar müşahidə edəcək.

Xəbər lenti

Xəbər lenti