...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Mart 2006 10:05 (UTC +04:00)

Martın 29-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi təkrar pozub. Trend in xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Saat 19.40-dan 19.55-dək Noyamberan rayonunun Barekamavan kəndinin 2,3 km şərqindəki düşmən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki adsız yüksəklikdə yerləşən mövqeləri avtomat və pulemyotlardan atəşə tutulub.

Cavab atəşilə düşmən susdurulub, itki yoxdur.

Xəbər lenti

Xəbər lenti