...

Qarabağ yönümlü təşkilatlar azərbaycanlıların Ermənistana səfərini pisləyirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Dekabr 2006 13:06 (UTC +04:00)

"Azərbaycanın torpaqlarını zəbt etmiş, minlərlə soydaşımızı qətlə yetirmiş işğalçı və terrorçu Ermənistanla, hər hansı erməni ilə dostluq, anlaşma əlaqələrindən heç bir söhbət gedə bilməz". Trend in məlumatına görə, bu fikirlər Qarabağ Azadlıq Təşkilatının (QAT), Qarabağ Uğrunda Millətçi Gənclər Hərəkatı və Hərbi Iətənpərvərlik Qrupunun dekabrın 4-də yaydığı birgə bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, azərbaycanlı jurnalist Ələkbər Əliyev və bəstəkar Elmir Mirzəyev İrəvanda səfərdədirlər. Özlərinin bildirdiklərinə görə, bu səfər zamanı Azərbaycanla Ermənistan arasında "qarşılıqlı anlaşma və dostluq körpüsü" yaratmaqla məşğuldurlar. Bəyanat müəllifləri hesab edirlər ki, Ermənistana səfər edənlərin bu hərəkəti heç bir ölçüyə sığmır: "Bu təşəbbüsdə bulunan hər hansı azərbaycanlı ermənilərin, ermənipərəst fondların sifarişlərini yerinə yetirir, Azərbaycanın şərəf və ləyaqətini pula satır, minllərlə şəhidimizin ruhlarını təhqir edirlər"-deyə sənəddə vurğulanır.

Xəbər lenti

Xəbər lenti