...

Deputat Elman Məmmədov: "Xocalı soyqırımı ilə bağlı sanballı rəsmi sənəd hazırlanacaq"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Dekabr 2006 14:00 (UTC +04:00)

"Xocalı soyqırımı ilə bağlı beynəlxalq hüquqi qüvvəyə malik sanballı bir sənəd hazırlanacaq". Trend in məlumatına görə, bu barədə jurnalistlərə Xocalı şəhərinin keçmiş icra başçısı, Milli Məclisin deputatı Elman Məmmədov açıqlama verib.

O bildirib ki, 1992-ci ilin 26 fevralında ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı ilə bağlı Azərbaycanın müvafiq hüquq-mühafizə orqanlarında sənədləşmə işləri gedir. Araşdırmaların yekununda məhkəmə prosesinin keçirilməsi gözlənilir: "Xocalı ilə bağlı çox sanballı rəsmi sənəd ortaya çıxarılacaq. Əgər biz ermənilərin cinayətkar əməllərini beynəlxalq məhkəmədə ifşa etmək istəyiriksə, Azərbaycanın Ali Məhkəməsi, rəsmi dövlət orqanları tərəfindən çıxarılan hüqiqi sənəd olmalıdır. Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi və Respublika Prokurorluğu tərəfindən iki ildən çoxdur ki, istintaq aparılır. Sağ qalmış Xocalı sakinləri dindirilir, dəqiqləşmələr gedir" - deyə Xocalıdan olan millət vəkili qeyd edib.

E.Məmmədov onu da deyib ki, parlamentin iclasında Xocalı soyqırımı ilə bağlı öz təkliflərini irəli sürəcək.

Xəbər lenti

Xəbər lenti