...

Xüsusi nümayəndə: AB ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərini dəstəkləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Mart 2007 12:57 (UTC +04:00)
Xüsusi nümayəndə: AB ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərini dəstəkləyir

Novosti-Armeniə -nın məlumatına əsasən, Avropa Birliyi (AB) ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərini dəstəkləyir. Bu barədə AB-nin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Piter Semnebi Yerevanda Ermənistanın baş naziri Andranik Markaryanla görüşündə bəyan edib.

"Görüşdə Piter Semnebi bəyan edib ki, AB Minsk qrupunun səylərini dəstəkləyir və münaqişənin həllinə yönəlmiş danışıqlar prosesinin bütün tərəflərin səyləri nəticəsində uğurla nəticələnəcəyinə ümidvar olduğunu bildirib", - "Novosti-Armeniya" agentliyinə Ermənistan hökumət aparatının ictimaiyyətlə və mətbuatla əlaqələr idarəsindən məlumat verilib.

Xəbər lenti

Xəbər lenti