...

Rumıniyanın sabiq prezidenti Dağlıq Qarabağ münaqişəsinin iki tərəfi qane edəcək qərar əsasında həll olunmasını istəyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Aprel 2007 13:18 (UTC +04:00)
Rumıniyanın sabiq prezidenti Dağlıq Qarabağ münaqişəsinin iki tərəfi qane edəcək qərar əsasında həll olunmasını istəyir

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ "Mənim üçün Dağlıq Qarabağ münaqişəsinə qiymət vermək çətindir. Münaqişə çox mürəkkəbdir. Ancaq bu məsələdə pozitiv bəyanatlar və irəliləyişlər görmək xoşdur". Bu sözləri cümə günü Bakıda Rumıniyanın sabiq prezidenti İon İliyesku deyib.

Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı məsələyə diqqət yetirilib. "İstəyirəm ki, münaqişə dünya birliyinin köməyi ilə həll olunsun və qəbul ediləcək qərar münaqişənin bütün tərəflərini razı salsın" - deyən İliyesku həmçinin "dondurulmuş münaqişələr"in BMT sessiyasında müzakirəyə çıxarılması təşəbbüsünü dəstəkləyib.

Qeyd edək ki, İliyesku Bakıya "Tolerantlıq və qarşılıqlı anlaşmanın inkişafında KİV-in rolu" konfransında iştirak etmək üçün gəlib.

Xəbər lenti

Xəbər lenti