...

Ukrayna Kiyevdə "dondurulmuş" münaqişələr məsələsinin müzakirəsi ilə bağlı konfrans keçirməyi təklif edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 İyul 2007 17:50 (UTC +04:00)
Ukrayna Kiyevdə "dondurulmuş" münaqişələr məsələsinin müzakirəsi ilə bağlı konfrans keçirməyi təklif edir

Ukrayna, Kiyev /müx. Trend Z.Novosvitski/ Ukrayna Kiyevdə "dondurulmuş" münaqişələr məsələsinin müzakirəsi ilə bağlı konfrans keçirməyi təklif edir. UNİAN-ın verdiyi məlumata görə, bu haqda jurnalistlərə Ukraynanın xarici işlər naziri Arseniy Yasenuk öz serbiyalı həmkarı Vuko Eremiç ilə Belqradda keçirilən danışıqlardan sonra bildirib. Yasenukun veriyi məlumata görə, belə bir konfransın keçirilməsi ideyası İstanbulda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) sammitindən sonra meydana gəlib.

"Ukrayna Dnestryanı probleminin, yəni "dondurulmuş" münaqişələrdən birinin həllinin iştirakçısı kimi Kiyevdə bütün "dondurulmuş" münaqişələrlə bağlı konfransın keçirilməsi ilə əlaqədar xidmətlərini təklif edir" - deyə Yasenuk bildirib.

O həmçinin qeyd edib ki, demək olar, QİƏT-in bütün üzv dövlətləri "dondurulmuş" münaqişələrə malikdir.

Nazirin sözlərinə görə, Ukrayna QİƏT-ə "dondurulmuş" münaqişələrin həllini stimullaşdıra biləcək potensial iqtisadi faktor kimi baxır.

Öz növbəsində Eremiç qeyd edib ki, bütün "dondurulmuş" münaqişələr BMT-nin Təhlükəsizlik Şurası çərçivəsində həll olunmalıdır.

Nazirlər qərara gəliblər ki, bu konfransda hər hansı qərar qəbul oluna bilməz, yalnız "dondurulmuş" münaqişələr problemi müzakirə oluna bilər.

"Bu kimi konfrans faydalı ola bilər, "dondurulmuş" münaqişələrin həllinin bütün aspektlərini müzakirə etmək olar, lakin heç bir halda hər hansı bir qərar qəbul oluna bilməz" - deyə Eremiç bildirib. O əlavə edib ki, BMT-nin Təhlükəsizlik Şurası belə qərarların qəbul olunacağı yeganqə qanuni orqandır.

"Konfrans qərarların qəbul olunacağı yer ola bilməz, konfrans tərəflərin mövqeyinin formalaşdırıla biləcəyi bir yerdir" - deyə Yasenuk bildirib.

Ukraynanın xarici işlər naziri işgüzar səfərlə Serbiya respublikasındadır.

Xəbər lenti

Xəbər lenti