...

Beş azərbaycanlı Rusiyanın Dövlət Dumasına namizədliyini irəli sürüb (video)

Siyasət Materials 12 Oktyabr 2007 14:24 (UTC +04:00)
Beş azərbaycanlı Rusiyanın Dövlət Dumasına namizədliyini irəli sürüb (video)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / Beş azərbaycanlı Rusiyanın yeni Dövlət Dumasında yer qazanmaq üçün şanslarını sınayacaqlar.

Bu şəxslər Rusiyannı müxtəlif siyasi partiyalarının, həmçinin "Vahid Rusiya", Liberal Demokratlar Partiyası və Kommunist Partiyasının nümayəndələridir ki, onlar noyabr ayında Rusiya parlamentinə keçiriləcək seçkilərdə iştirak edəcəklər. Bu barədə cümə günü Dövlət Dumasının MDB və həmvətənlərlə iş üzrə Komitə sədrinin birinci müavini Əhməd Bilalov məlumat verib.

"Deputat mandatına namizədlər etnik azərbaycanlılar, yəni uzun illər Rusiyada yaşayan azərbaycanlılardır" - deyə deputat bildirib.

"Rusiyada çox sayda azərbaycanlı yaşayır və biz Rusiyanın qanunverici orqanında bizim hüquqlarımızı müdafiə edəcək daha çox deputata ehtiyacımız var" - deyə Bilalov bildirib.

Xəbər lenti

Xəbər lenti