...

Azərbaycan və Qırğızıstan hərbi əməkdaşlığa dair razılığa gəliblər

Siyasət Materials 17 Oktyabr 2007 13:28 (UTC +04:00)
Azərbaycan və Qırğızıstan hərbi əməkdaşlığa dair razılığa gəliblər

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ Qırğızıstanın müdafiə naziri İsmayıl İsakov və Azərbaycanın müdafiə naziri Səfər Əbiyev 2008-ci ildə ikitərəfli hərbi əməkdaşlığa dair plan imzalayıblar. Bu barədə Qırğızıstan KİV- inin yaydığı məlumatda bildirilir.

Görüş zamanı müdafiə nazirləri Qırğızıstan hərbçilərinin Azərbaycanın hərbi tədris müssəisələrində təhsil almasına dair protokol imzalayıblar.

Əbiyev səfər zamanı Qırğızıstanın hərbi liseyi, Bişkekdə ali hərbi məktəbinə və hərbi hissələrə baş çəkib.

Bu gün Azərbaycanın müdafiə nazirinin Qırğızıstan spikeri Marat Sultanov, baş nazir Almazbəy Atambayevlə görüşlər keçirəcəyi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti