...

Gəncədə yol-nəqliyyat hadisəsi zamanı 17 nəfər həlak olub

Siyasət Materials 18 Oktyabr 2007 14:29 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşən Gəncə şəhərində il ərzində baş verən 123 yol-nəqliyyat hadisəsi nəticəsində 17 nəfər həlak olub, 134-ü müxtəlif dərəcəli bədən xəsarəti alıb, cümə günü Trend in bölgə müxbirinə Gəncə şəhər Yol Polis İdarəsinin rəisi Adil Zeynalov bildirib. Onun sözlərinə görə, hesabat dövründə Gəncə üzrə16 min 130 yol hərəkəti pozuntusu qeydə alınıb. Yol-hərəkəti pozuntularından 1047 sərxoş halda avtomobili idarə etmə, 1060 sürət həddini aşma, 735 qırmızı işıqda keçmə, 597 fakt isə görməni məhdudlaşdıran pərdələrdən istifadə halları il bağlıdır.

Xəbər lenti

Xəbər lenti