...

İsveçrə parlamenti aşağı palatasının spikeri Bakıya səfər edəcək

Siyasət Materials 23 Oktyabr 2007 18:17 (UTC +04:00)
İsveçrə parlamenti aşağı palatasının spikeri Bakıya səfər edəcək

Azərbaycan, Bakı/ Trend ,müxbir S.Ağayeva/Azərbaycan və İsveçrə arasında qanunvericilik sahəsində əməkdaşlıq məsələlərini noyabrın 1-2-də İsveçrə parlamenti aşağı palatasının spikeri Kristina Yeqeszeqi Obristin Bakıya səfəri zamanı müzakirə edəcək. İsveçrə parlamenti spikerinin Azərbaycana səfəri onun Cənubi Qafqaz ölkələrinə turnesi çərçivəsində baş tutacaq. Bu barədə çərşənbə axşamı telefonla Cenevrədən Azərbaycanın İsveçrədəki səfiri Elçin Əmirbəyov məlumat verib.

Səfir bidirib ki, Obristin regiona turnesi Azərbaycana səfərdən başlayacaq. Azərbaycan Milli Məclisinin spikeri Oqytay Əsədovun dəvəti ilə baş tutacaq səfər zamanı qarşılıqlı anlaşma, qarşılıqlı inam və çoxsahəli ikitərəfli əlaqələrdə irəliləyiş məsələlərinin müzakirə olunması planlaşdırılır.

Səfir bildirib ki, Obristin parlament və hökumətdə bir sıra görüşlər keçirəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti