...

GUAM və Vışeqrad dördlüyü əməkdaşlıq etmək niyyətindədir

Siyasət Materials 3 Dekabr 2007 15:20 (UTC +04:00)
GUAM və Vışeqrad dördlüyü əməkdaşlıq etmək niyyətindədir

Azərbaycan, Bakı / Trend S.Ağayeva / "Demokratiya və iqtisadi inkişaf naminə təşkilat - GUAM" və Vışeqrad dördlüyü hər iki təşkilat üçün perspektivli sahələrdə əməkdaşlıq etməyi planlaşdırır. GUAM Katibliyindən bazar ertəsi verilən məlumata görə, bu cür əməkdaşlığın mümkünlüyü yaxın vaxtlarda GUAM və Vışeqrad dördlüyü milli koordinatorlarının görüşü zamanı müzakirə olunacaq.

Gələcək əməkdaşlığın konkret sahələri hələ müəyyən olunmayıb, lakin bu əməkdaşlığın GUAM-ın Avropa və Avroatlantik qrumlara inteqrasiyası, iqtisadi layihələr kimi sahələri əhatə edəcəyini güman etmək olar.

Tərəflər iki təşkilat arasında qarşılıqlı münasibət məsələlərini müzakirə etməyi planlaşdırır. Yaxın vaxtlarda GUAM-ın baş katibi Valeri Çeçelaşvili Vışeqrad dördlüyünə sədrlik edən Çexiya Respublikasına səfər edəcək və 2009-cu ilin birinci yarısında Çexiyanın Avropa İttifaqında (Aİ) gözlənilən sədrliyi ilə bağlı GUAM-ın Aİ ilə münasibətlərini müzakirə edəcək.

GUAM-ın formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı dövlət başçılarının Sammiti zamanı postsovet dövlətləri tərəfindən yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da daxil olsa da, dörd ildən sonra onu tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf naminə təşkilat - GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Vışeqrad Qrupu 1991-ci ilin fevral ayında təşkilata daxil olan üç dövlətin - Macarıstan, Polşa və Çexslovakiyanın Avropa və Avroatlantik qrumlara inteqrasiyası zamanı qarşılıqlı yardım göstərmək məqsədi ilə yaradılıb. Çexslovakiyanın dağılmasından sonra Vışeqrad üçlüyü dördlüyə çevrilib.

Xəbər lenti

Xəbər lenti