...

Azərbaycanda civə satan İran vətəndaşı həbs edilib

Siyasət Materials 4 Dekabr 2007 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ Azərbaycanda civə satışı ilə məşğul olan İran vətəndaşı həbs edilib. Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən çərşənbə axşamı Trend ə bildiriblər ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının Dövlət Gömrük Komitəsi əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Füzuli rayon sakini Arif Əliyev və İran İslam Respublikası vətəndaşı Məhsub Vədud 515 qram civəni bazar ertəsi "Qırmızı civə" adı ilə satarkən tutulublar. Onlar civəni 550 000 dollara satmağı planlaşdırıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti