...

Məntəqə seçki komissiyalarının üzvləri üçün kurslara başlanılıb

Siyasət Materials 1 Fevral 2008 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 fevral / Trend , müxbir S.İlhamqızı/Mərkəzi Seçki Komissiyası cümə günündən məntəqə seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisasartırma kurslarına başlayıb. Bu barədə cümə günü Trend ə MSK-dan məlumat verilib.

Kurslar Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamının icrası ilə əlaqədar təşkil edilir.

MSK yanvarın 16-da qərara almışdı ki, fevralın 1-dən başlayaraq, ay ərzində məntəqə seçki komissiyası üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış üçgünlük kurslar keçirilsin.

Kursların keçirilməsinə rəhbərlik eidlməsi dairə seçki komissiyalarının sədrlərinə, nəzarət işi MSK üzvlərinə həvalə edilib.

Kurslar 30 000-ə yaxın məntəqə seçki komissiyası üzvünü əhatə edəcək.

Ötən il isə, seçki hüququ üzrə ixtisasartırma kursları dairə seçki komissiyalarının üzvləri və mənətəqə seçki komissiyalarının sədrləri üçün keçirilmişdi.

Xəbər lenti

Xəbər lenti