...

ABŞ Konqresinin Azərbaycan Üzrə İşçi Qrupuna daha iki konqresmen daxil olub

Siyasət Materials 19 Fevral 2008 19:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir K.Ramazanova / ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupuna daha iki konqresmen -- Stefen Koen (Stephen Koen) və Xovard Kobl (Hovard Kobl) daxil olub. Bu barədə Azərbaycanın XİN mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumatında deyilir.

Hazırda ABŞ Konqressinin Azərbaycan üzrə İşçi Qrupu üzvlərinin sayı 34 nəfərə çatıb.

Bir qədər əvvəl qrupa daha üç konqresmen - Henri Braun (Şimali Karolina ştatı) Mayk Konnovey (Texas) və Rendi Kuhl (Nyu-York ştatı) daxil olub.

Xəbər lenti

Xəbər lenti