...

Azərbaycan və Rusiya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında razılığa gəliblər

Siyasət Materials 4 Aprel 2008 18:36 (UTC +04:00)
Azərbaycan və Rusiya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında razılığa gəliblər

Azərbaycan, Bakı,04 aprel/ Trend müxbir C.Babayeva/ Azərbaycan və Rusiya cümə günün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında Saziş imzalayıblar. Bu barədə Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Federal Xidmətinin (NDNFX) informasiya və icitmai əlaqələr idarəsindən məlumat veriblər.

Sənəd Azərbaycanın daxili işlər naziri Ramil Usubovun Sankt-Peterburqa səfəri çərçivəsində imzalanıb. Rusiya tərəfdən Sazişi Rusiya NDNFX rəhbəri imzalayıb.

Danışıqların gedişində iki idarənin rəhbərləri qeyd ediblər ki, Azərbaycanın coğrafi vəziyyəti narkotik tranziti və narkobiznesdən əldə edilmiş pulların yuyulmasında maraqlı olan cinayət sindikatlarının diqqətini cəlb edir.

İmzalanmış sənədə müvafiq olaraq, Rusiya NDNFX və Azərbaycan DİN-in əməkdaşlığı birgə operativ-profilaktiki tədbirlərin görülməsinə, peşəkar əlaqələrin inkişafına, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə iş təcrübəsi mübadiləsi, kadrların hazırlanması planlarının reallaşdırılması və onların ixtisasının artırılmasına yönəldiləcək.

Xəbər lenti

Xəbər lenti