...

Soyqırım – erməni diasporunun uydurduğu və təbliğ etdiyi tarixdir – Türkiyənin Azərbaycanda səfiri

Siyasət Materials 9 Aprel 2008 00:34 (UTC +04:00)
Soyqırım – erməni diasporunun uydurduğu və təbliğ etdiyi tarixdir – Türkiyənin Azərbaycanda səfiri

Azərbaycan, Bakı, 8 aprel / Trend / Soyqırım - erməni diasporunun uydurduğu və uğurla təbliğ etdiyi tarixdir. Trend un İTV telekanalına istinadən verdiyi məlumata əsasən, bu barədə Türkiyənin Azərbaycanda səfiri Hülusi Kılılç deyib.

Səfirin sözlərinə görə, dünya informasiya məkanında çox sayda söhbətlər və mübahisə doğuran soyqırm əslində türklərin ermənilərə qarşı yox, əksinə, ermənilərin türklərə qarşı törədilməsi faktı olub. Soyqırım barədə həqiəqtlərin üzə çıxarılması tarixçilərin üzərinə düşür.

"Türkiyə öz tarixi arxivlərinə girişi açıb. Əgər Ermənistan heç bir şey gizlətmirsə, qoy soyqırım barədə faktları ortaya çıxarsın", dey Kılıç bildirib.

Diplomatın fikirincə, soyqırım barədə həqiqətlərin təbliği məsələsini yalnız diaspor təşkilatlarına böyük miqdarda vəsayitin ayrılması ilə nail olmaq olmaz. 100 il bundan qabaqki tarixə istinad etmək lazım deyil. Əgər kimsə həqiqətən kimin soyqırıma məruz qaldığını bilmək istəyirsə Azərbaycanın 15 il bundan qabaq tarixinə nəzər salsın - Yuxarı Qarabağ, Xocalı.

24 aprel ermənilər uydurma "Soyqırım qurbanlarının xatirəsi gününü" qeyd edirlər. Ermənilərin söylədiklərinə görə, bu gün 1915-ci ildə İstanbulda Turkiyə höküməti güya 1,5 mln. erməni öldürüb, 600 mini isə qaçaraq müxtəlif ölkələrə dağılıblar.

Xəbər lenti

Xəbər lenti