...

GUAM ölkələri ərazilərindəki həll edilməmiş münaqişələr təhlükəlidir – Azərbaycanın XİN başçısı (video)

Siyasət Materials 15 Aprel 2008 11:37 (UTC +04:00)
GUAM ölkələri ərazilərindəki həll edilməmiş münaqişələr təhlükəlidir – Azərbaycanın XİN başçısı (video)

Azərbaycan, Bakı, 15 aprel / Trend , müxbir K.Ramazanova/ GUAM ölkələri ərazilərində mövcud olan həll edilməmiş münaqişələr bu ölkələr üçün təhlükəlidir. Bu barədə Bakıda keçirilən dondurulmuş münaqişələr üzrə konfransda çıxışı zamanı Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov bildirib.

Nazir qeyd edib ki, işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətlərin və mütəşəkkil cinayətkarlığın baş verməsi daha asandır. "Biz inanırıq ki, bu münaqişələr sülh yolu ilə nizamlanacaq, çünki onların həll edilməsi üçün digər yol yoxdur. Nizamlanmamış münaqişələrin olması səbəbindən işğal olunmuş ərazilərdəki durğun vəziyyət nəinki bu ölkələrin, həmçinin bütün beynəlxalq cəmiyyətin inkişafına təsir edir" - deyə Məmmədyarov bildirib.

Nazir bildirib ki, 10 il ərzində GUAM beynəlxalq təşkilata çevrilib və o, Avropa və Avroatlantik məkana inteqrasiya etmək öhdəliyini öz üzərinə götürüb. "GUAM ölkələri təşkilatın siyasi və geosiyasi üstünlüyünü göstərməyə çalışır" - deyə Azərbaycanın XİN başçısı vurğulayıb.

GUAM formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı dövlət başçılarının sammiti zamanı postsovet dövlətləri tərəfindən yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da daxil olsa da, dörd ildən sonra onu tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti