...

Azərbaycan Ermənistanın yeni rəhbərliyindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektivlik gözləyir – nazir müavini

Siyasət Materials 15 Aprel 2008 12:12 (UTC +04:00)
Azərbaycan Ermənistanın yeni rəhbərliyindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektivlik gözləyir – nazir müavini

Azərbaycan, Bakı, 15 aprel / Trend , müxbir K.Ramazanova/ Azərbaycan Ermənistanın yeni rəhbərliyindən Ermənistan-Azərbaycan münaqişəsinə obyektiv yanaşma gözləyir və bu şərtlərlə işləməyə hazırdır. Bu barədə çərşənbə axşamı Bakıda jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

"Biz ümid edirik ki, nəhayət ki, Ermənistanda münaqişənin həllinə subyektiv deyil, obyektiv yanaşacaqlar və məsələnin nizamlanmasında yalnız obyektiv maraqlara diqqət yönəldiləcək" - deyə nazir müavini bildirib.

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın Azərbaycan və Ermənistan prezidentlərinin yaxın vaxtlarda görüşmə mümkünlüyü barədə bəyanatını şərh edən Əzimov bildirib ki, əgər əsas olarsa, Azərbaycan danışıqlar prosesini davam etdirməyə hazırdır. Onun sözlərinə görə, "bunun üçün danışıqlar prosesində bəzi məneələr aradan qaldırılmalıdır".

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti